...

Müsavat başqanı ABŞ diplomatları ilə görüşüb

Siyasət Materials 14 Mart 2006 17:20 (UTC +04:00)

Martın 14-də Müsavat Partiyasının başqanı İsa Qəmbər ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Daniel Frid və ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiven Mənnlə görüşüb. Bu barədə Trend ə Müsavat Partiyasından məlumat verilib.

Görüşdə Azərbaycanda parlament seçkilərindən sonrakı ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, habelə Azərbaycan-Amerika münasibətləri, regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti