...

Arif Məmmədov: Avropa Komissiyası müdiriyyətinin saytında olan səhv aradan qaldırılıb

Siyasət Materials 29 Mart 2006 14:35 (UTC +04:00)
Arif Məmmədov: Avropa Komissiyası müdiriyyətinin saytında olan səhv aradan qaldırılıb

Avropa Birliyi Avropa Komissiyası müdiriyətinin saytında Dağlıq Qarabağın Ermənistan ərazisi olaraq göstərilməsi kimi səhv aradan qaldırılıb. Bu barədə eksklyuziv olaraq Trend ə Azərbaycanın Benilyuks ölkələri və Avropa Birliyindəki səfiri Arif Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin sərt reaksiyasından sonra dünən Avropa Komissiyasının nümayəndələri etiraf edib ki, əməkdaşlardan birinin təqsiri üzündən səhvə yol verilib. Xəritədə həm də Azərbaycan ərazisi ilə yanaşı, Balkan ölkələri, eləcə də Fələstin Muxtariyyəti ilə bağlı səhvə yol verilib. "Bizim müraciətimizdən düz 1,5 -2 saat sonra bu xəritələr saytdan götürülüb. Onlar üzr istəyib və əmin ediblər ki,məsələ aydınlaşdırılacaq. Ola bilsin ki, həmin əməkdaş cəzalandırılacaq, yaxud işdən azad ediləcək" -deyə A.Məmmədov qeyd edib və əlavə edib ki, bütün xəritələr araşdırılma üçün saytdan götürülüb.

Qeyd edək ki, dünən AB-nin beynəlxalq münasibətlər üzrə Baş müdiriyyətinə AB Avropa Komissiyası müdiriyyətinin saytında energetika üzrə "Qaz" bölməsində qaz kəməri marşrutunun göstərildiyi xəritədə Dağlıq Qarabağ və ona yaxın rayonların, eləcə də Naxçıvanın Ermənistan ərazisi kimi göstərilməsi ilə bağlı sorğu göndərilib.

Xəbər lenti

Xəbər lenti