...

Ramil Səfərova qarşı ədalətsizliklə bağlı aksiyada saxlanılanlar sərbəst buraxılıb

Siyasət Materials 14 Aprel 2006 17:35 (UTC +04:00)

Bu gün saat 11.30-da Bakıda, Hüseyn Cavidin heykəlinin qarşısındakı meydanda etiraz aksiyası keçirməyə cəhd göstərərkən saxlanılmış Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı və digər şəxslər sərbəst buraxılıb. Bu barədə Trend ə QAT-dan məlumat verilib.

Qeyd edək ki, Budapeşt şəhər məhkəməsinin Azərbaycan zabiti Ramil Səfərova çıxarıdığı hökmə etiraz olaraq bu gün bir qrup tələbə-gənc, qaçqın və məcburi köçkün, QAT fəalları Hüseyn Cavidin heykəlinin qarşısındakı meydanda aksiya keçirməyə cəhd göstərib, lakin onların aksiyası polislər tərəfindən dağıdılıb.

QAT sədri Akif Nağı, təşkilatın fəal üzvü Manaf Kərimov və daha bir neçə nəfər saxlanılaraq Yasamal rayon polis idarəsinə aparılıblar. Sonra həbs olunan şəxslər Yasamal rayon 26-cı polis bölməsinə, oradan isə Yasamal rayon məhkəməsinə aparılıblar. Yasamal rayon məhkəməsi saxlanılan şəxslərə xəbərdarlıq edərək onların sərbəst buraxılması haqda qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti