...

Gəncədəki 38 saylı Nizami ikinci seçki dairəsində yeni məntəqə yaradılıb

Siyasət Materials 27 Aprel 2006 12:48 (UTC +04:00)

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən verilən məlumata görə, müvafiq komissiyasının qərarı ilə yeni məntəqə yaradılıb. 2 saylı Gəncə İstintaq Təcridxanasında yaradılan məntəqə bu dairədə sayca 25-cidir. 38 saylı Nizami ikinc DSK sədri İbrahim Cəfərovun sözlərinə görə, ümumi əsaslarla təşkil olunan məntəqə komissiyası üzvlərinin ikisi hakim partiya olan YAP, 2-si bitərəf, 1-si isə BAXCP nümayəndəsidir.

İ.Cəfərov onu da əlavə etdi ki, təkrar seçki günü 2 saylı Gəncə İstintaq Təcridxanasında yaradılan məntəqədə müşahidəçilərin, namizədlərin və onların səlahiyyətli nümayəndələrinin, o cümlədən jurnalistlərin sərbəst şəkildə prosesləri izləmək imkanı olacaq. Onun sözlərinə görə, yeni yaradılan məntəqədə seçicilərlə (dustaqlar) namizədlərin görüşü planlı şəkildə aparılır: "Təxminən mayın 3-5-də nəzərdə tululan görüşdə imkan dərəcəsində lazımi təbliğat işlərinin aparılması üçün lazımi şərait yaradılacaq".

Xəbər lenti

Xəbər lenti