...

İlham Əliyev: Azərbaycan öz vəsaitlərini sosial layihələrin gerçəkləşdirilməsinə yatırmağa qadirdir

Siyasət Materials 1 İyun 2006 19:25 (UTC +04:00)
İlham Əliyev: Azərbaycan öz vəsaitlərini sosial layihələrin gerçəkləşdirilməsinə yatırmağa qadirdir

Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev iyunun 1-də Onkoloji Elmi Mərkəzin yeni cərrahiyyə korpusunun təməlqoyma mərasimində iştirak edib.

"Azərbaycanın dinamik inkişafı bizə vəsaitləri sosial sektora yatırmağa imkan verir və bunun əsas istiqamətlərindən biri tibb müəssisələrinin inşasıdır" -deyə dövlət başçısı qeyd edib.

Yeni cərrahiyyə korpusu iki ilə tikiləcək, onun dəyəri təxminən 22 mln. AZY təşkil edəcək. Bina 8 mərtəbədən ibarətdir və ildə 3 min cərrahiyyə əməliyyatının aparılması üçün nəzərdə tutulub. Hazırda onkoloji əməliyyatların ümumi sayı 600-dir. Yeni korpusda çarpayıların sayı 220 olacaq, gələcəkdə isə bu rəqəm 335-ə çatdırılacaq.

İ.Əliyevin sözlərinə görə, əvvəllər yeni korpusun inşasını xarici investisiyalar hesabına həyata keçirmək nəzərdə tutululmuşdu. "Lakin beynəlxalq maliyyə institutları belə layihələrin maliyyələşdirilməsində çox da maraqlı deyil. Hazırda ölkə bu növ layihələrin gerçəkləşdirilməsinə vəsait qoymağa qadirdir" - deyə prezident vurğulayıb.

İ.Əliyev deyib ki, bu layihə üçün tələb olunan bütün vəsaitlər dövlət tərəfindən təqdim olunacaq.

Hazırda 10 rayonda tibb müəssisələrinin tikintisi gedir. Bakı kəndlərinin inkişafı proqramı çərçivəsində əlavə olaraq 20 tibb müəssisəsinin inşası nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti