...

Xanhüseyn Kazımlı: "Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmağa hazırdır"

Siyasət Materials 2 İyun 2006 17:04 (UTC +04:00)

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasında heç bir problem yoxdur. Bu barədə Trend ə Milli Məclisin iqtisadi siyasət məsələləri daimi komissiyasının üzvü, Sosial Rifah Partiyasının sədri, millət vəkili, professor Xanhüseyn Kazımlı bildirib.

X.Kazımlı onu da bildirib ki, ÜTT-yə daxil olmaqla həm iqtisadi, həm də siyasi əlaqələri inkişaf etdirmək məqsədi güdülür: "Azərbaycan artıq dünyada mövcud olan bütün siyasi, iqtisadi və ictimai beynəlxalq təşkilatlarda təmsil olunmağa hazırdır. Ölkədə aparılan iqtisadi və siyasi islahatlar, insan huquqlarının qorunması və digər sahələrdə əldə olunan uğurlar bunu deməyə əsas verir".

Millət vəkili vurğulayıb ki, Azərbaycanın ÜTT-yə daxil olmaqla, digər beynəlxalq təşkilatlarda təmsil olunması üçün problemi yoxdur. Azərbaycanın sülh və iqtisadi quruculuq yolunda bütün təşkilatlarda təmsil olunmağa meyllidir: "Demokratiya və İnkişaf Uğrunda Təşkilat - GUAM-ın növbəti toplantısında Azərbaycan prezidenti İlham Əliyevin təşkilata baş katib seçilməsi buna əyani sübutdur. Azərbaycan bütün beynəlxalq təşkilatlara üzv olarkən öncə özünün dövləti maraqları çərçivəsindən çıxış edir".

X.Kazımlı onu da vurğulayıb ki, Azərbaycanın ÜTT-yə daxil olması bir qədər uzana bilər. "Ancaq bu proses baş verəcək. Çünki Azərbaycan buna çoxdan hazırdır".

Xəbər lenti

Xəbər lenti