...

Ümumi çəkisi 3158 kiloqram olan 8878 ədəd çətənə kolu məhv edilib

Siyasət Materials 7 İyun 2006 14:58 (UTC +04:00)

Ağdaş və Qazax rayon polis şöbələri (RPŞ) əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində ümumi çəkisi 3158 kiloqram olan 8878 çətənə kolu məhv edilib. Bu barədə Trend ə Azərbaycanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Ağdaş RPŞ əməkdaşları rayonun Yenicə kəndi ərazisində 21 sot sahədə yabanı halda bitmiş, çəkisi 890 kiloqram olan 1315 ədəd, Qazax RPŞ əməkdaşları isə rayonun 2-ci Şıxlı kəndi ərazisində 0,5 hektar sahədə yabanı halda bitmiş çəkisi 2268 kiloqram olan 7563 ədəd çətənə kolu aşkar ediblər.

Həmin ərazilərdə yabanı halda çətənə kolları bitməsi ilə bağlı protokollar tərtib olunduqdan sonra çətənə kolları məhv edilib.

Xəbər lenti

Xəbər lenti