...

Litva prezidenti rəsmi səfərlə Bakıya gəlib

Siyasət Materials 8 İyun 2006 13:34 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, iyunun 8-də Litva prezidenti Valdas Adamkus rəsmi səfərlə Azərbaycana gəlib.

Səfər proqramına uyğun olaraq, əvvəlcə Şəhidlər Xiyabanı və keçmiş prezident Heydər Əliyevin abidəsinə əklil qoyma mərasimi keçiriləcək. Səfər çərçivəsində V.Adamkus Azərbaycan prezidenti İlham Əliyev, parlamentin sədri Oqtay Əsədov və baş nazir Artur Rəsizadə ilə görüşəcək. Görüşlər zamanı ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq məsələləri, Azərbaycanda aparılan islahatlar və ölkənin nəzərdə tutulmuş Avro-Atlantik təşəbbüsləri gerçəkləşdirmək hazırlığı müzakirə olunacaq. Litva və Azərbaycanın rəsmi nümayəndə heyətlərinin görüşündən sonra investisiyalırın təşviqi və qarşılıqlı müdafiəsi haqqında müqavilə imzalanacaq. Axşam Azərbaycan prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın adından Litva prezidenti və onun xanımı Alma Adamkenenin şərəfinə şam yeməyi təşkil olunacaq.

Səfərin 2-ci günündə prezident Valdas Adamkus Litva və Azərbaycan Sahibkarlar Forumunda iştirak edəcək, Heydər Əliyev Fonduna baş çəkəcək. Bakı Dövlət Universitetində Litva prezidentinə fəxri doktor adının verilməsi mərasimi keçiriləcək. Valdas Adamkus Səngəçal terminalına və İçəri Şəhərə də baş çəkəcək. İyunun 9-da axşam prezident Vilnüsə qayıdacaq.

Xəbər lenti

Xəbər lenti