...

Əli Həsənov: "Qarabağ problemi ilə bağlı sülh danışıqları Azərbaycanı qane etmir"

Siyasət Materials 8 İyun 2006 17:14 (UTC +04:00)

Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi üçün aparılan sülh danışıqları Azərbaycanı qane etmir. Bu barədə Trend ə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan və Ermənistan prezidentlərinin Buxarestdə son görüşünə münasibət bildirərkən qeyd edib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan hökuməti hələ ki, Ermənistanın sağlam düşüncə nümayiş etdirməsi və özgə torpaqlarını uzun müddətdə işğalda saxlamağın qeyri-mümkün olduğunu dərk etməsini göələyir. Azərbaycan və Ermənistan rəhbərlərinin görüşlərini davam etdirib-etdirməməsinə gəlincə isə Ə.Həsənov deyib ki, bu məsələni prezidentlər özləri müəyyən edəcəklər: "Əgər Azərbaycan prezidenti İlham Əliyev hesab etsə ki, bu görüşlərin heç bir perspektivi yoxdur, o zaman özünün müəyyən etdiyi kimi Azərbaycan başqa adekvat tədbirləri nəzərdən keçirəcək".

Ə.Həsənovun sözlərinə görə, münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçi olan Minsk qrupunda yeni təkliflər var. Lakin bu təkliflər ictimaiyyətə açıqlanmır, işçi qaydada tərəflər arasında təhlil olunur: "Danışıqların bu günkü vəziyyəti bizi qane etmir. Çünki Ermənistan qeyri-konstruktiv mövqeyindən geri çəkilmir. Beynəlxalq qurumların, həmçinin Minsk qrupunun işğalçı ölkəyə təzyiq göstərmək fikirləri yoxdur. Bu da bizi qane etmir".

Xəbər lenti

Xəbər lenti