...

"İrəli" Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçiləri ABŞ səfirliyinin müşaviri ilə görüşüb

Siyasət Materials 31 İyul 2006 13:18 (UTC +04:00)

"İrəli" Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçiləri ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Rebeka Naslınd və siyasi məsələlər üzrə mütəxəssis Fəxri Abbasov ilə görüş keçiriblər. Bu barədə Trend ə adıçəkilən hərəkatdan bildiribdlər.

Görüşdə Hərəkatın fəaliyyətini əks etdirən bukletləri, sənədlər və "İrəli" haqqında KİI-lərdə əksini tapmış məqalələri Fərhad Məmmədov ABŞ səfirliyinin əməkdaşlarına təqdim edib. Həmtəsisçilərin hər biri təmsil etdikləri hərəkatın fəaliyyət istiqamətlərindən söhbət açıb. Təhsilin təkmilləşdirilməsi və "Məktəb Parlamenti" layihəsi haqqında Elnarə Qəribova, beynəlxalq əlaqələrdən və avqust ayına nəzərdə tutulan "Xəzər mirvarisinin 7 möcüzəsi" layihəsi haqqında Röya Talıbova, Karyera Mərkəzi və "Kompyuter savadsızlığına yox deyək" layihəsi haqqında Elnur Məmmədov, "İrəli"nin ideoloji prinsipləri haqqında Ziya Əliyev, bu yay keçirilən 125 nəfər üçün nəzərdə tutulmuş yay düşərgələri və gənclərin içtimai-siyasi həyatda fəallığı haqqında Ceyhun Osmanlı tərəfindən məlumat verilib.

Görüşdə həmtəsisçilərdən Elnarə Qəribova, Röya Talıbova, Ziya Əliyev, Ceyhun Osmanlı, Elnur Məmmədov və Fərhad Məmmədov iştirak edib.

Xəbər lenti

Xəbər lenti