...

İsmət Abbasov kənd təsərrüfatı yarmarkaları üzərində ictimai nəzarətin əhəmiyyətli olduğunu qeyd edib

Siyasət Materials 5 Avqust 2006 14:56 (UTC +04:00)
İsmət Abbasov kənd təsərrüfatı yarmarkaları üzərində ictimai nəzarətin əhəmiyyətli olduğunu qeyd edib

Kənd təsərrüfatı məhsulları yarmarkaları üzərində ictimai nəzarətin həyata keçirilməsi çox vacibdir. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün Bakı şəhəri Nəsimi rayonunda keçirilmiş yarmarkada iştirak edən kənd təsərrüfatı naziri İsmət Abbasov əhalinin çoxsaylı şikayətlərinə cavab verərkən bildirib.

Nəsimi rayonunda təşkil edilmiş yarmarkadakı alıcılar məhsul çatışmazlığından, həmçinin bəzi hallarda yarmarkada satılan məhsulların qiymətlərinin bazar qiymətlərindən az fərqlənməsindən şikayət ediblər.

Nazirlik, öz növbəsində, hesab edir ki, bu yarmarkaların keçirilməsi bütövlükdə yerli bazarlara təsir göstərir.

Hazırda yarmarkalarda ölkənin 28 rayonu iştirak edir.

Qeyd edək ki, iyul ayında analoji yarmarkaların keçirilməsi nəticəsində 1548,8 ton meyvə, 30 ton ət və süd məhsulları, 57,8 ton konserv, 30,6 ton taxıl məhsulları satılıb.

Xəbər lenti

Xəbər lenti