...

Bakı sentyabrda Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün keçirilməsinə razılıq verib

Siyasət Materials 23 Avqust 2006 15:13 (UTC +04:00)

Rəsmi Bakı sentyabrda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsinə razılıq verib. Trend xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 23-də jurnalistlərə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, sentyabr ayında ATƏT-in Minsk qrupu həmsərlərinin iştirakı ilə tərəflərin məsləhətləşmələrinin növbəti raundunun keçirilməsi planlaşdırılıb. Nazir xəbər verib ki, bir gün əvvəl Minsk qrupunun fransalı həmsədri Bernar Fasye ilə bu barədə danışıb və o, "görüşün yeri və vaxtının təqdim edildiyi bir -iki variant təklif edib". E.Məmmədyarov əlavə edib ki, biz artıq razılıq vermişik.

Xəbər lenti

Xəbər lenti