...

Əli Həsənov: "Əgər Rusiyadan gürcülərin Azərbaycana gəlməsi halı baş verərsə, Qaçqınkom bu işlərlə məşğul olacaq"

Siyasət Materials 13 Oktyabr 2006 15:16 (UTC +04:00)

"Əgər Rusiyadan gürcülərin çıxarılması və onların Azərbaycana gəlməsi halı baş verərsə, o zaman Qaçqınkom bu işlərlə məşğul olacaq". Trend in məlumatına görə, bu barədə jurnalistlərə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov açıqlama verib.

O bildirib ki, hazırda Qaçqınkom qaçqın statusu almış və ala biləcək şəxslərlə məşğuldur. Lakin hələlik Rusiyadan və Gürcüstandan Azəbaycana gələn qaçqın yoxdur. Ə.Həsənovun sözlərinə görə, bir neçə il əvvəl Rusiyadan gəlmiş çeçenlərə də hələ qaçqın statusu verilməyib: "Çünki çeçenlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı problemlərimiz var. Dəfələrlə Rusiya hökumətinə müraciət etmişik ki, bu işdə bizə yardım etsinlər".

Əli Həsənov deyib ki, kənar ölkələrdən Azəbaycanda sığınacaq axtaranların sayı 3-4 il əvvəl 12 min nəfər idi. Amma indi 5 min nəfərə enib. Gedənlərin böyük qismi çeçenlərdir. Hazırda qalanların yenə də əksəriyyətini çeçenlər təşkil edir, qalanları iraqlılar, fələstinlilərdir: "Əgər ərazimizə yenə də qaçqınlar daxil olarsa, Azərbaycan dövləti götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq öz üzərinə düşən işləri yerinə yetirəcək".

Xəbər lenti

Xəbər lenti