...

GUAM PA-nın 3-cü iclasında kommünike qəbul edilib

Siyasət Materials 17 Oktyabr 2006 12:42 (UTC +04:00)

GUAM Parlament Assambleyanın Kişinyovda keçirilən 3-cü iclasının sonunda yekun sənəd olaraq kommünike qəbul edilib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirib.

Həmin sənəddə GUAM Parlament Assambleyasının növbəti mərhələdə fəaliyyətinin istiqamətləri müəyyənləşdirilib. İclasın yekununda mətbuat konfransı keçirilib. Azərbaycanın, Gürcüstanın, Ukraynanın və Moldovanın parlament rəhbərləri kütləvi informasiya vasitələri nümayəndələrinin çoxsaylı suallarını cavablandırıblar.

A.Nəsirov onu da vurğulayıb ki, Moldova prezidenti Iladimir Ioronin GUAM ölkələri Parlament Assambleyasının 3-cü iclasında iştirak etmək üçün ölkəsinə gələn nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. A.Nəsirov qeyd edib ki, Moldova prezidentinin Milli Məclisin Sədri Oqtay Əsədovla görüşü zamanı ölkələrimiz arasındakı əlaqələrin inkişaf perspektivləri, parlamentlərarası münasibətlərin daha da inkişaf etdirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin rəsmisi onu da qeyd edib ki, spiker Gürcüstanın "İmedi" və "Rustavi-2", eləcə də Moldovanın dövlət televiziya kanallarına müsahibə verib. Spiker müsahibəsində Azərbaycanın iqtisadi inkişafı, ölkədə aparılan islahatlar, ölkəmizin beynəlxalq qurumlarda fəaliyyəti, dünya birliyində rolu, qanunvericilik sahəsində əldə olunan uğurlar və digər məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Xəbər lenti

Xəbər lenti