...

Bakıda Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının 300 çarpayılıq cərrahiyə korpusu istifadəyə verilib

Siyasət Materials 28 Noyabr 2006 16:29 (UTC +04:00)

Bakıda Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının 300 çarpayılıq cərrahiyə korpusu istifadəyə verilib. Bu barədə Trend ə Mərkəzi Hərbi Hospitaldan məlumat verilib.

300 çarpayılıq korpusun tikinti layihəsi 2001-ci ildə hazırlanıb, 2003-cü ildə isə inşaat işlərinə başlanılıb, korpus ən son avadanlıqlarla təchiz olunub. Korpusun 14 cərrahiyə bölməsi və 6 köməkçi bölməsi var. Bu, Cənubi Qafqazda ən son cərrahiyyə avadanlıqları və sistemlərlə təchiz olunmuş yegənə hospitaldır. Bu avadanlıqlar imkan verir ki, cərrahiyyə korpusunda gün ərzində 150 yaralıya xidmət göstərilsin.

Cərrahiyyə korpusunda 400-ə yaxın işçinin çalışması nəzərdə tutulub. Həmin işçilər akademik təhsilli və ən aşağısı 15 illik iş stajı olan həkimlərdən ibarətdir. Gələcəkdə Türkiyədə və NATO ölkələrində ixtisas kursları keçmiş zabitlər də hospitala cəlb olunacaqlar.

Xəbər lenti

Xəbər lenti