...

Gürcüstanın neft -qaz korporasiyasının prezidenti Bakıya gəlir

Siyasət Materials 13 Dekabr 2006 12:14 (UTC +04:00)

"Şah-dəniz" yatağından əldə olunan qaz norması barədə danışıqlar aparmaq üçün Gürcüstan neft və qaz korporasiyasının prezidenti Aleksandr Xetaquri Bakıya gəlib. Aleksandr Xetaqurinin Trend in xüsusi müxbirinə verdiyi xəbərə görə, bu gün Bakıda norma üzrə mütəxəssislərin danışıqları başlayacaq.

O, Bakıdakı görüşün sonuncu olmadığını qeyd edərək, Gürcüstan, Azərbaycan və Türkiyənin Energetika nazirləri arasında Tiflisdə əldə olunmuş nəticələrin təfərrüatına varmaqdan imtina edib.Tiflis azərbaycanın "Şah-dəniz" yatağından tədarük olunan qazın artırılmasına nail olmaq istəyir. Belə ki, Gürcüstana ilk qaz dekabrın 15-də tədaruk olunacaq. Əvvəlki danışıqlara müvafiq olaraq Gürcüstan 2007-ci ildə, "Şah-dəniz" qazının illik tələbat 1,8 mlrd. kub metr olmaqla, yalnız 250 mln. kub metrinə iddia edə bilər.

Energetika nazirlərinin ötən həftənin sonunda Tiflisdə keçirilmiş görüşü zamanı prinsipial razılıq əldə olunmuşdu ki, bu razılığa əsasən, Türkiyə 2007-ci il üçün öz normasından qazın 2,8 mlrd. həcmində olan bir hissəsini Gürcüstana və qismən Azərbaycana güzəştə getməyə hazırdır.

"Gürcüstan 250 mln. kub metr qazdan əhəmiyyətli dərəcədə çox alacaq. Bu barədə prinsipial razılaşma artıq əldə olunub. Bakıdakı görüş yalnız yeni müqavilənin detallarının dəqiqləşməsi üçün keçiriləcək."-deyə "trend"ə Gürcüstan Energetika Nazirliyindən xəbər veriblər.

Ölkələr arasında artıq Azərbaycan qazının həcmi və qiyməti barədə qabaqcadan razılıq əldə edilib, belə ki, qalan təfərrüatlar Bakıdakı görüşdən sonra məlum olacaq. Bir neçə gün əvvəl Gürcüstanın energetika naziri Nika Qilauri Jurnalistlərə deyib ki, Gürcüstan Şah-Dənizdən 1,5 mlrd. kub metr qaz əldə etməyi "arzulayır", bununla belə bu ümidlərin nə qədər real olduğunu açıqlamır.

Xəbər lenti

Xəbər lenti