...

Konsernin başçısı: AZAL DK qalan Rusiya aviatexnikasını hesabdan siləcək

Siyasət Materials 27 Dekabr 2006 16:02 (UTC +04:00)
Konsernin başçısı: AZAL DK qalan Rusiya aviatexnikasını hesabdan siləcək

2007-ci ildə AZAL Dövlət konserni mülki aviasiya parkının yenilənməsi üzrə tədbirləri davam etdirəcək.

AZAL DK-nin başçısı Cahangir Əsgərovun Trend ə verdiyi xəbərə görə, köhnə sovet və Rusiya texnikasından tamamilə azad olmaq planlaşdırılır.

"Buna səbəb ehtiyat hissələrinin saxta bazarının, rəsmi aviasiya zavodlarına tədarüklərin ikinci dərəcəli bazarının olmasıdır", - deyə o bildirib.

"Bunun nəticəsi zəif nəzarətdir. Həmin bazarda, qiymət siyasətində və məhsulun keyfiyyətində qeyri-sabitlik səbəbindən, biz Rusiya texnikasından tamamilə uzaqlaşmaq qərarına gəldik", - deyə C.Əsgərov qeyd edib.

Hazırda parkda 6 vertolyot yenilənib və köhnə 4 Mİ-8 vertolyotu qalıb. Təyyarə parkında həmçinin 4 TU-154 və iki TU- 134 təyyarəsi qalıb.

"Onlar normal vəziyyətdədir və biz onların daha 3 il istismar oluna biləcək ehtiyatlarından istifadə edirik", - deyə "AZAL" şirkətinin başçısı bildirib.

Bundan başqa, iki özəl Turan Air və Imair şirkətlərinin hər birində hələ iki təyyarə qalıb. Respublikada cəmi 8 TU-154 və 2 TU-134 təyyarəsindən istifadə olunur.

Onun fikrincə, üç ildən sonra bu təyyarə və vertolyotlar hesabdan silinəcək, çünki bahalıq səbəbindən onları təmir etmək sərfəli olmayacaq. Digər tərəfdən isə bunun səbəbi Rusiya aviasiya bazarında qeyri-sabitlikdir.

Lakin gələcəkdə Rusiya texnikasının, o cümlədən İL-76 təyyarəsinin istismarı davam etdiriləcək, çünki bu gün dünyada ona bərabər təyyarə yoxdur.

"Bu gün bir çox təyyarələrin mühərrikləri İKAO (Beynəlxalq mülki aviasiya təşkilatı) standartları üzrə üçüncü kateqoriyanın tələblərinə uyğun gəlmədiyindən onlar Avropaya buraxılmır, bu mühərrik isə dördüncü kateqoriyaya cavab verir, yəni sabahkı gün üçün nəzərdə tutulub. Ona görə də biz yeni mühərrikləri olan iki İL-76 təyyarəsi sifariş etdik və 2007-ci ilin birinci yarısında PS-90 mühərriki ilə, bizə heç bir məhdudiyyət olmadan Avropaya uçmağa imkan verəcək iki təyyarə alacağımıza ümid edirik", - deyə C.Əsgərov qeyd edib.

Xəbər lenti

Xəbər lenti