...

Yanvarın 26-da AŞPA-nın qış sessiyası başa çatır

Siyasət Materials 25 Yanvar 2007 19:58 (UTC +04:00)

Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başa çatır. Trend in məlumatına görə, sessiyanın sonuncu iş günündə hər hansı bir məsələ yoxdur.

Xatırladaq ki, AŞPA-nın qış sessiyası yanvarın 22-də Strasburqda öz işinə başlayıb.

Sessiyanın sonuncu günündə Avropa Şurasının baş katibi Terri Devis bağlanış nitqi söyləyəcək.

Xatırladaq ki, AŞPA-nın qış sessiyası çərçivəsində "Jurnalistlərin həyatına və ifadə azadlığına təhlükələr" adlı məruzə, Ermənistanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər, Kosovonun gələcək statusuna dair məruzə, enerji resuslarından siyasi məqsədlər üçün istifadənin yolverilməzliyi, dünyada AİDS-lə mübarizə, uşaqlara qarşı bütün növ zorakılığın aradan qaldırılması və digər məsələlər müzakirə olunub.

AŞPA-nın yaz sessiyası 2007-ci ilin aprel ayında başlayacaq və sessiyada Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin müzakirəsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti