...

AB və ATƏT Cənubi Qafqazda regional münaqişələrin həlli sahəsində öz əməkdaşlıqlarını gücləndirmək niyyətindədirlər

Siyasət Materials 26 Yanvar 2007 18:34 (UTC +04:00)
AB və ATƏT Cənubi Qafqazda regional münaqişələrin həlli sahəsində öz əməkdaşlıqlarını gücləndirmək niyyətindədirlər

AB və ATƏT konkret olaraq Mərkəzi Asiyada əməkdaşlığı gücləndirmək niyyətindədirlər. Trend xəbər verir ki, bu barədə Avropa Birliyinin məlumatında qeyd olunub.

"İnkişaf və sabitliyin, demokratiya və iqtisadi artımın dəstəklənməsi bizi yalnız təhlükəsizlik və enerji ehtiyatları baxımından maraqlandıran bölgədə əsas prioritetlərdir", - deyə Almaniyanın Avropa məsələləri üzrə dövlət naziri Gunter Qloser bildirib.

Onun sözlərinə görə, Almaniyanın AB-də sədrliyi və ATƏT sədrinin ümumi məqsədləri var.

Dövlət nazirinin fikrincə, gələcək məqsəd Cənubi Qafqazda münaqişələrin həlli üzrə sıx əməkdaşlıqdır, daha dəqiq isə bu münaqişələrin dinc yolla nizamlanması tələb olunur, bu isə demokratik və iqtisadi inkişafa səbəb olacaq.

Həmçinin görüşdə müzakirə obyekti Balkanlarda və xüsusilə də Kosovoda əməkdaşlıq olub.

Xəbər lenti

Xəbər lenti