...

ABŞ səfiri: Pentaqon nümayəndələrinin Azərbaycana səfəri hərbi sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə yönəlib

Siyasət Materials 12 Fevral 2007 16:16 (UTC +04:00)
ABŞ səfiri: Pentaqon nümayəndələrinin Azərbaycana səfəri hərbi sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə yönəlib

Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfəri zamanı iki ölkə arasında əməkdaşlıq səviyyəsinin yüksəldilməsi barədə qərar qəbul edilib. Trend xəbər verir ki, bu barədə bu gün jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Piter V.Rodmanın başçılığı altında nümayəndə heyətinin Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşündən sonra bildirib.

Həmin razılşmanın nəticəsi kimi o, ABŞ energetika naziri Samuel Bodmanın Azərbaycana bu yaxınlardakı səfərini qeyd edib. Bu səfər çərçivəsində iqtisadi sahədə əməkdaşlıq genişləndirilib.

Səfir bildirib ki, ABŞ müdafiə naziri müavininin Azərbaycana səfəri də hərbi sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə yönəlib.

Xəbər lenti

Xəbər lenti