...

Xanlar rayonunun Dozlar kəndində 42 evin tikintisi başa çatmaq üzrədir

Siyasət Materials 14 Fevral 2007 17:42 (UTC +04:00)

Xanlar rayonunun Dozlar kəndində 42 evin tikintisi başa çatmaq üzrədir. Bu barədə məlumatı Trendə Xanlar rayon İcra Hakimiyyəti başçısının müavini Turani Əliyev verib.

Müsahibin sözlərinə görə, hazırda 3 və 2 otaqlı 42 evin tikintisi aparlır ki, onlardan da 32-də hörgü işləri artıq başa çatmaq üzrədir. "Bir neçə gündən sonra evlərin dam örtükləri vururulacaq. Tikinti işlərinin aparılması üçün kəndin şimalıi qərb şissəsində 45 hektar torpaq sahəsi ayrılıb. Ölkə başçısının sərəncamı ilə yeni evlərin tikilməsi üçün Fövqəladə Hallar Nazirliyi 4 milyon 350 min manat məbəğində vəsait ayırıb" - deyə T. Əliyev bildirdi.

Qeyd edək ki, ötən ilin avqust ayında Xanlar rayonunun Dozlar kəndində baş vermş torpaq sürüşməsi zamanı 94 evdə qəza vəziyyəti yaranıb. Sakinlər isə indiyə kimi qohum evlərində məskunlaşıblar.

T. Əliyev bildirib ki, 42 ev ilin birinci yarısına kimi tikilərək sakinlərin istifadəsinə veriləcək. Qalan 54 evin inşasına isə ilin ikinci yarısında başlanılacaq.

Xəbər lenti

Xəbər lenti