...

Azərbaycanın Diplomatiya Akademiyası üç istiqamət üzrə fəaliyyət göstərəcək

Siyasət Materials 9 Mart 2007 16:37 (UTC +04:00)
Azərbaycanın Diplomatiya Akademiyası üç istiqamət üzrə fəaliyyət göstərəcək

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/ABŞ-ın ticarətin inkişafı üzrə Agentliyi Azərbaycanın Diplomatiya Akademiyasının konseptual əsaslı layihəsini maliyyələşdirə bilər. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, Akademiyanın rektoru Hafiz Paşayev məlumat verib. Layihə artıq baxılmaq üçün Agentliyə təqdim olunub. Layihədə 3 mərhələ göstərilib: Azərbaycanın beynəlxalq struktur və dövlətlərlə işləyən nazirlik və idarə əməkdaşlarının ixtisas artımı üzrə kursların təşkili; biznes, ekologiya, diplomatiya, beynəlxalq jurnalistika, energetika və təhlkəsizilk və s. sahələri əhatə edən magistratura proqramlarının həyata keçirilməsi; bakalavriat.

Akademiya rektorunun sözlərinə görə, təlim prosesinə yerli mütəxəssislərlə yanaşı, dünya miqyaslı məşhur alim və mütəxəssislər də cəlb oluna bilər. H.Paşayevin qeyd etdiyi kimi, o, Akademiya şəhərciyi yaratmağı planlaşdırır. Şəhərcikdə akademiya binası ilə yanaşı elmi mərkəz də fəaliyyət göstərəcək. Bu cür şəhərcik üçün tikinti sahəsinin şəhər ətrafında seçilməsi planlaşdırılır. H.Paşayevin sözlərinə görə, bu şəhərcik politoloq, jurnalist, müxtəlif profilli mütəxəssislərin müxtəlif diskussiyalar keçirmək, məşhur politoloqların mühazirələrinə qulaq asmaq imkanı qazalacaq "beyin mərkəzi" olmalıdır.

Xəbər lenti

Xəbər lenti