...

Bu gün Daxili Qoşunların yaranmasının 15-ci ildönümüdür

Siyasət Materials 12 Mart 2007 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zarbalieva/ Bu gün Daxili Qoşunların gərargahında Daxili Qoşunların yaranmasının 15-ci ildönümü münasibəti ilə bayram mərasimi keçirilib. Mərasimdə daxili işlər naziri Ramil Usubov, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev, prezidentin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyev, Ədliyyə nazirinin müavini Nazim Ələkbərov, Türkiyənin Azərbaycandakı hərbi attaşesi Seyran Ceyhan və digər qonaqlar iştirak ediblər. Bayram münasibətilə Daxili Qoşunlarda hərbi karaul düzülüb, nazir R.Usubov Daxili Qoşunların hərbiçilərini salamlayıb.

Daxili qoşunların komandanı Zakir Həsənov tədlbirdə çıxış edərək , DQ-nin keçdiyi döyüş yolu barədə məlumat verib, bildirib ki, bu 15 illik müddətdə DQ ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdə yaxından iştirak edib, 1992-ci ildə Ermənistanla müharibədə ilk döyüşçülərdə DQ-ın əsgərləri olub, döyüş əməliyyatları aparılan dövrdə DQ-ın əsgərlərindən 496 nəfər həlak olub, 1068 nəfər yaralanıb, 267 nəfər itkin düşüb, 63 nəfər xidmətdəki nailiyyətlərə görə yüksək mükafatlara layiq görülüb, 9 nəfər Milli Qəhraman adına layiq görülüb. DQ-rın döyüş hazırlığının, mənəvi, psixoloji hazırlığının yüksək səviyyədə olduğunu deyən Z.Həsənov qoşunların qarşıda qoyulan bütün vəzifələri həyata keçirməyə tam hazır olduğunu bildirib.

R.Usubov DQ şəxsi heyətini bayram münasibətilə təbrik edib və prezidentin təbriklərini çatdırıb. Sonra Ali Baş Komandanın, daxili işlər nazirinin və Z.Həsənovun əmr və sərəncamları ilə xidmətdə fərqləndiklərinə görə əsgərlərə mükafatlar təqdim olunub. Z.Həsənova bayram münasibətilə silah hədiyə verilib. Sonda DQ-nın şəxsi heyəti adından Ali Baş Komandana müraciət qəbul olunub. Tədbir bayram konserti ilə davam etdirilib.

Xəbər lenti

Xəbər lenti