...

Müsadirə olunmuş narkotiklər məhv ediləcək

Siyasət Materials 16 Aprel 2007 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası iyunun 26-da müsadirə olunmuş narkotik maddələri məhv edəcək. Komissiyanın İşçi Qrupunun rəhbəri İsrafil Əliyev bazar ertəsi bildirib ki, 26 iyun BMT-nin Narkotiklərlə Mübarizə günü münasibətilə müsadirə olunmuş 200 kiloqramdan artıq narkotika yandırılacaq. Əliyev bildirib ki, narkotik maddələr arasında ağır tərkibli narkotiklərin miqdarı kifayət qədərdir.

İşçi Qrupunun rəhbəri bildirib ki, bu il "Gənclər ili" çərçivəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə məqsədilə müəyyən tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Dövlət Komissiyası əlaqədar nazirliklər və dövlət komitələri ilə birgə aprelin 23-də Abşeronda, 25-də Gəncədə, 26-da Mingəçevirdə, 27-də isə Yevlaxda elmi-praktik konfranslar keçirəcək.

Xəbər lenti

Xəbər lenti