...

Prezidentin mətbuat katibi: Ərəb Dövlətləri Liqası və Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsi başlayıb

Siyasət Materials 8 May 2007 18:07 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Ərəb Dövlətləri Liqası və Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsi başlayıb. Bu barədə çərşənbə axşamı İlham Əliyevin Misirə səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında prezidentin mətbuat katibi Azər Qasımov bəyan edib.

İlham Əliyevin Misirdə Liqanın baş katibi Əmir Musa ilə göürüşünə toxunan Qasımov qeyd edib ki, Azərbaycan prezidenti Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi, münaqişənin ölkə üçün nəticələri, problemin həlli üzrə danışıqlar barədə ətraflı danışıb. Əliyev həmçinin Liqanın üzv dövlətləri ilə iqtisadi əməkdaşlıq məsələlərinə də toxunub.

Əmir Musa öz növbəsində qeyd edib ki, təşkilatın üzv dövlətləri regionda lider dövlətə çevrilmiş Azərbaycanla əməkdaşlığa böyük önəm verir.

Xəbər lenti

Xəbər lenti