...

Azərbaycana külli miqdarda narkotik maddə keçirən İran vətəndaşı tutulub

Siyasət Materials 12 May 2007 13:00 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin Cənub Regional şöbəsi, Lənkəran şəhər Polis Şöbəsi və yol polisinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 11-də gecə saatlarında külli miqdarda narkotik maddə aparan İran vətəndaşı tutulub. İrandan Bakıya yük aparan Ərdəbil sakini, 1959-cu il təvəllüdlü Beyru Əfşər Hüseynoğlunun idarə etdiyi "Volvo" markalı yük avtomobilinin sürücü kabinəsinə baxış keçirilərkən külli miqdarda tiryək aşkarlanıb və narkotik maddə ekspertizaya göndərilib. Faktla bağlı tədqiqat aparılır.

Lənkəran şəhəri paytaxt Bakıdan 268 kilometr cənubda yerləşir. Əhalisi 201 min 500 nəfərdir. Əhalinin ümumi sayının 51,2 %-ni qadınlar, 48,8 %-ni kişilər təşkil edir.

Xəbər lenti

Xəbər lenti