...

Səfir: "Heydər Əliyev Fondunun prezidenti və ÜST-nin baş direktoru əməkdaşlıq məsələlərini müzakirə edəcəklər"

Siyasət Materials 17 May 2007 14:58 (UTC +04:00)
Səfir: "Heydər Əliyev Fondunun prezidenti və ÜST-nin baş direktoru əməkdaşlıq məsələlərini müzakirə edəcəklər"

Azərbaycan, Bakı /müx. Trend S. Ağayeva / Mayın 17-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Cenevrəyə səfəri başlayıb. Bu barədə cümə axşamı Cenevrədən telefonla Azərbaycanın İsveçrədəki səfiri, Azərbaycanın BMT-nin Cenevrə bölməsi və beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri Elçin Əmirbəyov məlumat verib.

Səfir qeyd edib ki, bu gün Azərbaycanın birinci xanımı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Marqaret Çenlə görüşəcək. Görüşdə ÜST-nin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi, Heydər Əliyev Fondunun humanitar layihələrin həyata keçirilməsində bu qurumla əməkdaşlığının perspektivləri müzakirə olunacaq.

Axşam isə xanım Əliyeva ÜST-nin mükafatlarının təqdimetmə mərasimində iştirak edəcək.

"Heydər Əliyev Fondunun prezidentinə ÜST-nin "Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmləndirilməsində müstəsna xidmətlərə görə" adlı mükafat təqdim ediləcək" - deyə səfir bildirib.

Mayın 18-də xanım Əliyeva BMT-nin Cenevrədə bölməsinin baş direktoru Sergey Orconikidze ilə görüşəcək. Heydər Əliyev Fondunun prezidenti həmçinin BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycan Otağının açılışında iştirak edəcək.

Səfər çərçivəsində Azərbaycanın birinci xanımının şərəfinə ziyafət təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti