...

Gəncədə 62 piyada cərimələnib

Siyasət Materials 23 İyun 2007 12:14 (UTC +04:00)

Azərbaycan,Gəncə / Trend müxbir V.Məmmədov/ Azərbaycanda keçirilən təhlükəsizlik ayı çərçivəsində Gəncə şəhərində 62 piyada cərimə olunub. Bu barədə Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Adil Zeynalov məlumat verib. Zeynalov bildirib ki, ictimai yerlərdə avtomobil yolunu keçərkən qəza vəziyyəti yaratmaqla qanunu pozan vətəndaşlar şərti maliyyə vahidinin 3-8 misli miqdarında cərimələniblər.

Onun sözlərinə görə, aylıq çərçivəsində yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində işləyirlər. Əhalinin və nəqliyyatın sıx olduğu yerlərdə xüsusi postlar təşkil olunub.

Təhlükəsizlik ayı iyulun 15-də başa çatacaq.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti