...

MDB Fövqəladə Hallar Nazirlikləri Şurasının 21-ci iclası başlayıb

Siyasət Materials 30 İyul 2007 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Müstəqil Dövlətlər Birliyinin (MDB) Fövqəladə Hallar Nazirlikləri Şurasının 21-ci iclası bazar ertəsi Bakıda öz işinə başlayıb. İclası açan Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib ki, MDB dövlətlərində texnogen hadisələrin qarşısını almaq üçün Birliyə üzv ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq mövcuddur. Onun sözlərinə görə, Azərbaycan radioloji təhlükəsizliyin təmin edilməsi üçün Ukrayna ilə təcrübə mübadiləsi aparır. Tədbirdə Ermənistanı təmsil edən nümayəndə heyətindən iştirakçı yoxdur. İclas avqustun 1-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti