...

Prezident: Albaniyanın Ermənistana silah satmasının qarşısının alınması Azərbaycanın artan beynəlxalq imicinin daha bir sübutudur

Siyasət Materials 1 Avqust 2007 18:15 (UTC +04:00)
Prezident: Albaniyanın Ermənistana silah satmasının qarşısının alınması Azərbaycanın artan beynəlxalq imicinin daha bir sübutudur

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Çərşənbə günü Nazirlər Kabinetinin toplantısında iştirak edən prezident İlham Əliyev Albaniyanın Ermənistana silah satmasının qarşısının alınmasını Azərbaycanın durmadan artan beynəlxalq imicinin daha bir bariz nümunəsi kimi qiymətləndirib.

Albaniya hökuməti Azərbaycan XİN-i etiraz notası göndərdikdən sonra bu cür qərar qəbul edib. Dünən isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla telefon danışığı zamanı Albaniya XİN-in rəhbəri Albaniya hökumətinin öz şirkətlərinə Ermənistana silah satmağa icazə vermədiyini bildirib.

L.Başa qeyd edib ki, Albaniya və Azərbaycan arasınada əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində mühüm və hərtərəflidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü bir daha vurğulayan Prezident Əliyev respublikamızda ordu quruculuğuna diqqətin mütəmadi artırılacağını bildirib.

Dövlət başçısı həmçinin qeyd edib ki, bu ilin sonunadək ölkəmizdə çadır şəhərcikləri tam ləğv ediləcək.

Xəbər lenti

Xəbər lenti