...

Moskva və Vaşinqton RƏMS probleminin həlli yollarını axtarmaqda davam etmək barədə razılığa gəliblər

Siyasət Materials 7 Sentyabr 2007 13:10 (UTC +04:00)
Moskva və Vaşinqton RƏMS probleminin həlli yollarını axtarmaqda davam etmək barədə razılığa gəliblər

RİA Novosti -nin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin cümə günü ABŞ prezidenti Corc Buşla görüşündən sonra bəyan edib ki, ABŞ və Rusiya ABŞ-ın Avropada RƏMS yerləşdirməsi ilə bağlı planları ilə əlaqədar yaranan problemin həlli yollarını axtarmaqda davam edəcəklər.

"Biz daha mühüm beynəlxalq məsələləri, ilk növbədə RƏMS problemini müzakirə etdik" - deyə RF prezidenti bildirib.

"Biz qeyd etdik ki, bizim ekspertlər yaxın zamanlarda bir daha görüşməli və Qəbələ RLS-ə baş çəkməlidirlər" - deyə Putin bildirib.

"Beləliklə, biz bəyan edirik ki, bu istiqamətdə birgə iş prosesi davam edəcək" - deyə RF prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti