...

Hakimliyə namizədlərin hazırlanması üçün ATƏT və ABŞ səfirliyi seminar təşkil edib

Cəmiyyət Materials 5 Noyabr 2007 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Hakimliyə namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün ABŞ səfirliyinin, ATƏT və Amerika Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə bir həftəlik seminarlar təşkil olunub. Seminar Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş yarım illik tədris proqramına əsasən keçirilir.

Bazar ertəsi keçirilən ilk seminarda çıxış edən Bakı Apellyasiya Məhkəməsinin sədri, hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev bildirib ki, tədris planına uyğun olaraq seminarda məhkəmə qərarlarının tətbiqi, məhkəmə iclaslarının idarə olunması, hakimlərin etik davranışı, çəkişmə prinsipinin təmini məsələlərinə xüsusi diqqət yetiriləcək, namizədlərin hakimlik vərdişlərinə yiyələnmələri məqsədilə sadələşdirilmiş məhkəmə prosesləri təşkil ediləcək.

ATƏT-in Bakı ofisinin rəhbəri Xose-Luis Herrero seminardakı çıxışında bildirib ki, şəxsi azadlıqdan məhrum etmək üçün onun təqsirini sübut edəcək kifayət qədər əsaslar olmalıdır. Hakimlərə namizədlərə gələcək fəaliyyətlərində təqsirsizlik prizumpsiyasına xüsusi diqqət yetirmələrini, ədalətli, keyfiyyətli qərarların qəbulu üçün İnsan haqları və Azadlıqları haqqında Avropa Konvensiyasını mükəmməl öyrənmələrini məsləhət görüb.

ABŞ səfirliyinin hüquq müşaviri Kevin Feris təcrübədə qanunun aliliyinin təmin olunmasının çox çətin proses olduğunu xatırladaraq, hakimliyə namizədlərin gələcək fəaliyyətlərində qanunun aliliyini şəxsi maraqlarından yüksəkdə tutmağı tövsiyə edib.

Sonra beynəlxalq ekspertlər Alan Geybl və Andreas Kirş-Vudun "Məhkəmə çəkişməsi və tərəflərin bərabərliyi" mövzusunda mühazirələri dinlənilib.

Xəbər lenti

Xəbər lenti