...

Tovuzda iri ticarət mərkəzinin fəaliyyəti bərpa edilib

Cəmiyyət Materials 12 Dekabr 2007 15:07 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend müxbir N.Fətullayeva/ Tovuz rayonunda üç aydır bağlanan ən iri Nəsimi Ticarət Mərkəzi bu gün fəaliyyətini bərpa edib. Tovuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Arifə Ağayeva çərşənbə günü jurnalistlərə bildirib ki, ticarət mərkəzi sanitar-gigiyenik tələblərə cavab vermədiyindən sentyabrın 15-dən etibarən bağlanılıb. Onun sözlərinə görə, hazırda ticarət mərkəzi sanitar-gigiyenik tələblərə tam cavab verməsə də, əvvəlki vəziyyəti ilə müqayisədə daha qənaətbəxşdir.

Bazar bağlanan zaman satıcılar Bakı-Qazax magistral yolunu kəsməyə cəhd ediblər. Onlara ticarət üçün alternativ yer təqdim edildikdən sonra etiraz aksiyası dayandırılıb.

Tovuz paytaxt Bakıdan 420 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti