...

Lalə Məmmədova və Arzu Rzayev duet oxuyacaqlar

Cəmiyyət Materials 25 Fevral 2008 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral /müx. TrendLife Safura/

TrendLife-la müsahibəsində müğənni Arzu Rzayev bildirdi ki, Lalə Məmmədova ilə duet oxumağa hazırlaşır. Müğənni xanım da bu xəbəri təsdiqlədi. "Bu, çox gözəl təklif idi. Düşünürəm ki, bu planı yaxın zamanlarda həyata keçirəcəyik. Dəqiq hansı mahnını oxuyacağımızı bilməsəm də, bircə onu deyə bilərəm ki, bu xalq mahnısı olacaq. Mən Arzuya yüz faiz inanıram, buna görə də onunla istənilən mahnını oxumağa hazıram. İnşaallah, oxuduğumuz mahnıya klip çəkdirməyi də düşünürük".

Xəbər lenti

Xəbər lenti