...

Eldar Mansurov Xocalı soyqırımı günü İsraildə konsert verən müğənnilər barədə məlumatsız olub

Cəmiyyət Materials 29 Fevral 2008 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral /müx. TrendLife Safura/

Fevralın 26-da Xocalı soyqırımının növbəti ildönümü idi, amma həmin gün Azərbaycanın özlərini populyar adlandıran bir neçə müğənniləri- Nadir Qafarzadə, aşıq Zülfiyyə, Ruhəngiz Allahverdiyeva İsraildə konsert proqramı ilə çıxış etdilər. Bu haqqda TrendLife-a İsrailin Azərbaycanlılar Konqresinin rəhbəri Bəbir Namazov məlumat verərək, müğənnilərin konsertdən fotoşəkillərini təqdim edib. Maraqlıdır ki, N.Qafarzadə utanmadan Azərbaycan mətbuatı ilə əlaqə saxlayraq faktı təkzib etməyə çalışıb. ANS kanalında "Xoşvaxt olun" vertlişində bu mövzu ilə əlaqədar canlı telefon bağlantısı zamanı TrendLife-ın müxbiri açıqlama verib, müğənnilərin hərəkətlərini sübut edən dəlillərin olmasını bildirib. Bundan sonra efirə zəng edən bəstəkar Eldar Mansurov həmin müğənnilərə haqq qazandıraraq, ortada anlaşılmazlıq olduğunu deyib. Mansurov həmin sənətçilərin Xocalı faciəsi günündə şənlənməsinin mümkünsüz olduğunu bildirib. TrendLife Eldar Mansurovla əlaqə saxlayaraq, ondan nə üçün müğənniləri müdafiə etdiyini soruşub. Bəstəkarın cavabı belə olub : " Bilirsiz, mənim, ümumiyyətlə, mövzudan xəbərim yox idi. Mənə ANS telekanalından zəng edib dedilər ki, müğənnilərimiz Nadir Qafarzadə, Ruhəngiz Alahverdiyeva, aşıq Zülfiyyə Xocalı soyqırımı günündə İsraildə konsert veriblər. Buna münasibətinizi bildirin. Mən də bu insanları yaxından tanıdığım üçün inanmadım ki, onlar Azərbaycanın ağrılı günündə konsert versinlər."

Mansurova TrendLife-da konsertdən çəkilən şəkillərinin varığını bildirəndən sonra təəssüfləndi: " Əgər deyirsizsə ki, əsas var, onda təəssüf edirəm. Mən buna heç vaxt bəraət qazandıra bilmərəm".

Yeri gəlmişkən, istəmədik ki, belə xəbərlə Eldar Mansurovun əhval-ruhiyyəsini pozaq. Axı bu gün onun doğum günüdür. Telefon zəngləri təbriklərlə bağlı olsa daha yaxşıdır, nəinki, müğənnilərin belə cılız hərəkətlərilə.

Xəbər lenti

Xəbər lenti