...

Azərbaycanda yaxın vaxtlarda əfv fərmanı imzalana bilər

Cəmiyyət Materials 29 Fevral 2008 17:42 (UTC +04:00)
Azərbaycanda yaxın vaxtlarda əfv fərmanı imzalana bilər

Azərbaycan, Bakı, 29 fevral/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda yaxın vaxtlarda əfv fərmanı imzalana bilər. "Əfv Komissiyasının üzvlərinə vətəndaşlar tərəfindən xeyli müraciətlər edilib. Yəqin ki, yaxın günlərdə Əfv Komissiyasının iclası keçiriləcək və ərizələrə baxılacaq. Eyni zamanda, əfv olunması mümkün olan şəxslərin siyahısının hazırlanması mümkündür", -deyə cümə günü Trend a açıqlamasında Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü, millət vəkili Elmira Axundova bildirib.

Azərbaycan prezidenti İlham Əliyev 2007-ci ilin dekabrın 28-də 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə əfv fərmanı imzalayıb. Əfv fərmanı ilə 117 nəfər məhbus azadlığa buraxılıb, iki məhbusun cazası azaldılıb.

Axundova qeyd edib ki, hazırda Prezident Aparatının əfv sektorunda da ciddi və gərgin iş gedir: "Əfv sektoru sənədlər toplayır və daxil olan ərizələrə baxır".

Mart ayında - Novruz bayramı ərəfəsində əfv fərmanının imzalanmasının mümkün olub-olmadığına dair sualı cavablandıran millət vəkili bildirib ki, əfv fərmanları. adətən, Azərbaycan xalqı üçün müqəddəs olan günlərə təsadüf edir: "Xalq üçün əziz olan bayram ərəfəsində növbəti əfv fərmanının imzalanması yaxşı olardı. Mən istəyirəm ki, bu il daha çox əfv fərmanı imzalansın".

Xəbər lenti

Xəbər lenti