Azərbaycan, Bakı, 29 fevral/ Trend / ABŞ -ın Azərbaycandakı səfirliyi Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramında dəyişikliklərlə bağlı məlumat yayıb. Bu barədə səfirliyin mətbuat üçün cümə günü yayılan açıqlamasında bildirilib.Proqram çərçivəsində, demokratiyanın inkişafına xidmət edən və Azərbaycan QHT , icma qrupları tərəfindən icra olunacaq layihələrə kiçik qrantlar ayrılacaq. Layihələr anti-korrupsiya səyləri, azad və ədalətli seçkilərin keçirilməsi ilə bağlı təşəbbüslər, ölkədə mövcud işgüzar mühitin mükəmməlləşdirilməsi , azad və peşəkar media və jurnalistikanın inkişaf etdirilməsi və digər mövzularda təqdim edilə bilər. Açıqlamada dəyişikliklərin məqsədi Proqramın Azərbaycanın bütün rayonlarını əhatə etmək, layihələrin keyfiyyətini artırmaqda vaxt məhdudluğunu aradan qaldırılması imkanlarını genişləndirmək kimi izah olunur.