Rusiya, Moskva, 12 noyabr/ Trend , müxbir R.Ağayev/ Bütün təşkilati məqamlar dəqiqləşdirildikdən sonra, YUNESKO gələn ilin yanvarından sonra Dinlərin Koordinasiya Şurasına (DKŞ) Yaxın Şərq və digər problemlər kimi dünyada mövcud olan münaqişələr üzrə məsələlərin növbəli şəkildə nəzərdən keçirilməsinə dair təpşırıqlar verəcək. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxulislam Hacı Allahşükür Paşazadə Moskvada Trend -a bildirib ki, Ermənistan - Azərbaycan münaqişəsi və onun nizamlanması yollarının da nəzərdən keçiriləcəyi mümkündür.
Onun sözlərinə görə, QMİ rəhbərliyinin əsas məqsədlərindən biri Ermənistanın Azərbaycan təcavüzü, ölkənin işğal olunmuş ərazilərində Azərbaycan xalqının dini və mədəni abidələrinin dağıdılması, təkcə müsəlmanların deyil, digər dinlərin nümayəndələrinin də dini, mədəni, memarlıq və tarixi abidələri, o cümlədən məbəd və kilsələrinə qarşı çoxsaylı vandalizm aktları barədə dəqiq informasiyanın dünya ictimaiyyətinin diqqətinə çatdrılması üçün məhz mümkün tribunalardan, o cümlədən beynəlxalq təşkilatların tribunalarından istifadədir.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
Paşazadə bildirib ki, dünya dini nümayəndələrinin Moskvada keçirilən bügünkü görüşünün məqsədi, din xadimləri və liderlərinin səslərinin, o cümldən BMT tribunasından da eşidilməsindən ibarətdir. "Bəzən dini xadim və liderlər dünya miqyaslı bəzi siyasi məsələlərin nizamlanmasından kənarda qalırlar, buna görə, bizim ümumi istək və səylərimiz BMT tərkibində Dini Məşvərət Şurasının yaradılmasından ibarədir", - deyə şeyxulislam bildirib.
Onun fikrincə, DMŞ -nin yaradılması dini liderlərin müasir aktual problemlər, o cümlədən məsləhətlər və tövsiyələr səviyyəsində siyasi məsələlərin müzakirəsinə və həllinə cəlb edilməsi deməkdir. "Lakin belə bir struktrun yaradılması vaxt tələb edir. Bu məsələ, BMT-nin Baş katibi Pan Gii Mun ilə keçirilən görüşlərdə də dəfələrlə müzakirə olunub. Buna görə, Moskva görüşünün yekununda hələ ki, YUNESKO çərçivəsində təşkilati addımların atılması qərara alınıb. Biz YUNESKO rəhbərliyinə məktub göndərdik. Burada biz müvəqqəti olaraq bu təşkilat daxilində fəaliyyət göstərmək barədə istəyimizi ifadə etmişik. Yanvarın 20- dən sonra biz YUNESKO rəhbərliyi ilə Parisdə görüş keçirəcəyik və burada bu və ya digər məsələlər yekun hllini tapacaq", - deyə Paşazadə bldirib.
O bildirib ki, DMŞ - də Azərbaycanı və Qafqaz müsəlmanlarını QMİ-nin rəhbəri təmsil edəcək. Bu, onun sözlərinə görə, öz-özlüyündə Azərbaycana hörmət əlaməti, onun dünyadakı yeri və roluna yüksək qiymətin təcəssümüdür. "Bu həm də, Azərbaycanın müasir mərhələdə dünyada apardığı kursa dəstəkdir.
Onun sözlərinə görə, DMŞ müxtəlif məsələlərin nizamlanması və aktual problemlərin həlli zamanı siyasi liderlərin düzgün meyarlardan istifadə etməsi üçün onlara tövsiyələr verəcək.