...

Alman Bakı, azərbaycanlı isə Berlin haqqında

Cəmiyyət Materials 26 Noyabr 2008 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr/ Trend Life , müxbir Eldar Hüseynzadə/ Yanvarda Berlində Azərbaycan-alman rəssamlıq layihəsi təqdim olunacaq. Rəssamlar İttifaqının idarə heyətinin üzvü, Azərbaycanın xalq rəssamı Ənvər Qarayevin Trend Life-a verdiyi məlumata görə, iki rəssam - İsa Məmmədov və onun Almaniyadan olan, adı hələ açıqlanmayan həmkarı "Bakı-Berlin" adlı sərgi açacaqlar. Sərgidə Məmmədovun Berlinə, alman rəssamın isə Bakıya həsr etdiyi əl işləri təqdim olunacaq. Eyni sərgi Bakıda da nümayiş olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti