...

AFFA üçün prioritet meyar ədalətli futboldur - AFFA-nın prezidenti Rövnəq Abdullayev

Cəmiyyət Materials 14 Dekabr 2009 14:42 (UTC +04:00)
Azərbaycanın Futbol Federasiyaları Assosiasiyası üçün prioritet meyar ədalətli futboldur, AFFA-nın prezidenti Rövnəq Abdullayev bazar ertəsi jurnalistlərə deyib.
AFFA üçün prioritet meyar ədalətli futboldur - AFFA-nın prezidenti Rövnəq Abdullayev

Azərbaycan, Bakı, 14 dekabr/. Trend , müxbir E.İsmayılov/

Azərbaycanın Futbol Federasiyaları Assosiasiyası üçün prioritet meyar ədalətli futboldur, AFFA-nın prezidenti Rövnəq Abdullayev bazar ertəsi jurnalistlərə deyib.

"Düşünürəm ki, ölkəmiz hər şeydən çox hakimlərin peşəkarlıq səviyyəsinin artırılması üzərində işləyir", - Abdullayev deyib.

Onun sözlərinə görə, bu məqsədlə hər yarım ildə hakimlər digər ölkələrin yığmalarında iştirak edirlər.

Unibank Premyer Liqasının 13-cü turu çərçivəsində Bakının "Neftçi" komandası səfər görüşündə Tovuz komandasına 3:2 hesabı ilə qalib gəlib. Birinci hissədə hesab "neftçilərin" xeyrinə olmayıb. Belə ki, onlar 0:2 hesabı ilə məğlub olurdular.

Bəzi yerli KİV-lər oyunun nəticəsinin qabaqcadan danışılması haqda məlumat yayıblar.

AFFA prezidentinin sözlərinə görə, Azərbaycan prokurorluğunun məsul şəxslərindən ibarət olan komissiya müstəqil araşdırma aparıb. Komissiyanın hesabatına əsasən, matçın nəticəsi danışılmayıb və "Neftçi"nin qələbəsi olduğu kimi qəbul edilib.

""Neftçi"yə ARDNŞ sponsorluq edir, lakin AFFA tərəfindən heç bir dəstək olmayıb və ola da bilməz", - Abdullayev deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti