...

Azərbaycanın bölgələrində ümumtəhsil məktəblərinin buraxılış imtahanları keçirilib

Cəmiyyət Materials 3 İyun 2010 15:03 (UTC +04:00)
Azərbaycanın bölgələrində cümə axşamı ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib. Trend-n Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala, Qobustan rayonlarında təşkil olunan imtahanlar ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənləri üzrə keçirilib.
Azərbaycanın bölgələrində ümumtəhsil məktəblərinin buraxılış imtahanları keçirilib

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın bölgələrində cümə axşamı ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib. Trend-n Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala, Qobustan rayonlarında təşkil olunan imtahanlar ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənləri üzrə keçirilib.

İyunun 4-də isə həmin rayonların ümumtəhsil məktəblərinin IX siniflərində təhsil alan 25 586 şagird 57 imtahan mərkəzində ana dili və riyaziyyat fənlərindən imtahan verəcək.

Həmin bölgələr üzrə ötən tədris illərində attestat ala bilməyən 1 874 nəfər XI sinif məzunu da bu gün 18 imtahan mərkəzində imtahan verib.

XI siniflər üzrə buraxılış imtahanlarının aparılmasına 3 saat, IX siniflər üzrə isə 1 saat 30 dəqiqə vaxt ayrılır.

Xəbər lenti

Xəbər lenti