Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda türkdilli xalqların diaspor təşkilatlarından bəhs edən kitab nəşr olunub. Trend-in Diasporla İş üzrə Dövlət Komitəsinə (DİDK) istinadən verdiyi məlumata görə, DİDK-nin təşkilatçılığı ilə nəşr olunan "Türkdilli xalqların diasporları" adlı kitabın müəllifi Zaur Əliyevdir.
Kitabda türkdilli xalqların diasporları, onların məskunlaşma coğrafiyası, təşkilati strukturu, müasir durumu ilə bağlı məlumatlar toplanıb. Nəşrdə türkdilli dövlətlərin xarici siyasətinin formalaşmasında, türkdilli xalqların problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor amilinin rolunu əks etdirən məqamlara da toxunulub.
Kitab türkdilli xalqların tarixini və diaspor mövzusunu araşdıran tədqiqatçılar, alimlər və mütəxəssislər, eləcə də xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub.
Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb
Layihə çərçivəsində hazırlanan yazılar aşağıdakı linqlərdir:
http://az.trend.az/news/society/diaspora/1759567.html
http://az.trend.az/news/society/diaspora/1760841.html
http://az.trend.az/news/society/diaspora/1751056.html
http://az.trend.az/news/society/diaspora/1753599.html
http://az.trend.az/news/society/diaspora/1755854.html
http://az.trend.az/news/society/diaspora/1757632.html