...

Azərbaycan və Rusiya arasında idman sahəsində saziş imzalanıb

Cəmiyyət Materials 31 Mart 2011 11:26 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında idman sahəsində saziş imzalanıb. Trend-in Azərbaycanın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi məlumata görə, sazişi gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov imzalayıblar.
Azərbaycan və Rusiya arasında idman sahəsində saziş imzalanıb

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycan və Rusiya arasında idman sahəsində saziş imzalanıb. Trend-in Azərbaycanın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi məlumata görə, sazişi gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov imzalayıblar.

Sazişə əsasən, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Rusiya Olimpiya Komitəsi arasında idman sahəsində qarşılıqlı əməkdaşlıq həyata keçiriləcək. Bura təlim məşq toplantılarının keçirilməsi, idmançıların təcrübə keçmələri, onların və məşqçilərinin hüquqlarının qorunması, idmanın təbliğatı, idman yarışlarının təşkili və digər məsələlər daxildir.

Xəbər lenti

Xəbər lenti