...

Azərbaycan Parlamenti Əmək Məcəlləsinə dəyişiklikləri təsdiq edib

Cəmiyyət Materials 17 May 2011 18:12 (UTC +04:00)
Çərşənbə axşamı Azərbaycan Milli Məclisi Əmək Məcəlləsinə dəyişiklikləri təsdiq edib.
Azərbaycan Parlamenti Əmək Məcəlləsinə dəyişiklikləri təsdiq edib

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir M.Əliyev/

Çərşənbə axşamı Azərbaycan Milli Məclisi Əmək Məcəlləsinə dəyişiklikləri təsdiq edib.

Dəyişikliklərə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən qurumların işçilərinin pensiya yaşı 65 müəyyənləşdirilib.

Dəyişikliklərdə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanının rəhbəri ildə bir dəfə 65 yaşına çatanın pensiya yaşını bir ildən çox olmayaraq uzada bilər. Beləliklə, pensiya yaşı maksimum 5 il uzadıla bilər.

Bu dəyişikliklər "Əmək pensiyaları haqqında" qanunda da əks olunacaq.

Xəbər lenti

Xəbər lenti