...

Ermənistanda kişi sonsuzluğunun səviyyəsi ildən-ilə artır

Cəmiyyət Materials 29 Sentyabr 2011 17:01 (UTC +04:00)
Ermənistanda kişi sonsuzluğunun səviyyəsi ildən-ilə artır.
Ermənistanda kişi sonsuzluğunun səviyyəsi ildən-ilə artır

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Ermənistanda kişi sonsuzluğunun səviyyəsi ildən-ilə artır. Trend-in məlumatına görə, bu barədə Ana və Uşaq Sağlamlığının Qorunması Elmi-Tədqiqat Mərkəzinin baş direktoru, tanınmış ginekoloq Georgi Okoyev bildirib.

"Ölkədə sonsuzluğun səviyyəsinin artması barədə söhbətlərə baxmayaraq, reallıqda vəziyyət ümumilikdə sabitdir. Budur, yalnız Ermənistanda kişi əhali arasında sonsuzluğun göstəricisi ildən-ilə pisləşir", - Okoyev cümə axşamı keçirilən mətbuat konfransında deyib. Məlumatı "Novosti-Armeniya" yayıb.

Onun məlumatına görə, respublikada həm qadınlar, həm də kişilər arasında sonsuzluğun səviyyəsi orta hesabla 18 faiz təşkil edir ki, bu da dünyanın başqa ölkələri ilə müqayisədə tamamilə normaldır.

Professorun qeyd etdiyi kimi, sonsuzluğun səbəbləri orqanizmin həm fərdi xüsusiyyətləri, həm də ölkədəki iqlim və ekoloji problemlərlə bağlı müxtəlif ola bilər.

"Bu gün sonsuzluğun çoxlu müalicə üsulları var. Bu cərrahi müdaxilə, medikamentozla müalicə və ya başqa müalicə ola bilər. Müalicənin nəticəsiz olduğu hallarda süni mayalandırmaya müraciət etmək olar", - həkim bildirib.

Bununla yanaşı, Okoyev əlavə edib ki, EKM (ekstrakorporal mayalandırma) heç də həmişə uğurlu olmur. O qeyd edib ki, bu proses kifayət qədər bahalıdır və Avropanın bir çox ölkələrində EKM aparılması üçün xüsusi kreditlər verilir.

"Sonsuzluğun müalicəsi və süni mayalandırma prdosedurunun dövlət tərəfindən maliyyələşdirilməsi əla olardı. Belə olan halda biz vəsait çatışmazlığı üzündən həkimə müraciət etməyən çoxlu sayda insanları müalicə edərdik", - professor deyib.

Xəbər lenti

Xəbər lenti