...

Azərbaycanda nikah və boşanmaların sayı artıb

Cəmiyyət Materials 19 Yanvar 2012 11:28 (UTC +04:00)
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2011-ci ildə ölkədə 88 151 nikah qeydə alınıb.
Azərbaycanda nikah və boşanmaların sayı artıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ötən il qeydə alınan nikahların sayı artıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2011-ci ildə ölkədə 88 151 nikah qeydə alınıb.

2010-cu ildə qeydə alınan nikahların sayı 79 min 300 olub.

Nazirlikdən bildirib ki, bu nikahlardan 2696-sı Azərbaycan vətəndaşı olan qadınlarla əcnəbilər arasında bağlanıb.

Qurumdan əcnəbilərlə bağlanan nikahların da sayının artdığı bildirilib.

Hesabat dövründə ölkədə 10 801 nikahın pozulması faktı qeydə alınıb. Bu isə 2010-cu ildə qeydə alınan boşanmaların sayı ilə müqayisədə 1901 fakt artıb. Belə ki, 2010-cu ildə rəsmi orqanlar tərəfindən ölkədə 8900 nikahın pozulması faktı qeydə alınıb.

Boşanmaların 121-i əcnəbilərlə bağlanmış nikahlara aiddir. Nazirlikdən bildirilib ki, əcnəbilərlə qurulan ailələr arasında boşanmaların sayında artım müşahidə olunub.

Ötən il qeydə alınan nikahların 58-də tərəflər arasında nikah müqaviləsi bağlanıb.

Xəbər lenti

Xəbər lenti