...

Nizami Cəfərov: Türkdilli ölkələrin ortaq telekanalı bütün türkdilli dövlətlər tərəfindən maliyyələşdirilməlidir

Cəmiyyət Materials 23 Yanvar 2012 15:52 (UTC +04:00)
Türkdilli ölkələrin əsl ortaq telekanalı türkdilli dövlətlərin və ya TürkPA-nın üzvü olan dövlətlərin hamısı tərəfindən maliyyələşdirilməlidir.
Nizami Cəfərov: Türkdilli ölkələrin ortaq telekanalı bütün türkdilli dövlətlər tərəfindən maliyyələşdirilməlidir

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir E.Mehdiyev/

Türkdilli ölkələrin əsl ortaq telekanalı türkdilli dövlətlərin və ya TürkPA-nın üzvü olan dövlətlərin hamısı tərəfindən maliyyələşdirilməlidir. Bunu bazar ertəsi Trend-ə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri Nizami Cəfərov bildirib.

"Yəni ortaq telekanal parlamentlər tərəfindən maliyyələşdirilsə və yaxud parlamentlərin təklifi ilə hökumətlər tərəfindən maliyyələşdirilsə, bu, daha uğurlu təcrübə olar", - Cəfərov deyib.

Onun sözlərinə görə, ortaq telekanalın yaradılması məsələsi bu yaxınlarda Astanada TürkPA-nın mədəniyyət komissiyasının iclasında da müzakirə olunub, ancaq hələ konqret bir qərar verilməyib.

O, həmçinin qeyd edib ki, bu yaxınlarada TürkPA-nın plenar iclasında bu məsələ qaldırılacaq.

"Əgər bir tərəf bunu öz üzərinə götürərsə, onu sona qədər çatdırmaq çətindir, müəyyən problemlər ortaya çıxır. Və yaxud belə ola bilər ki, hansısa bir həvəskarın, böyük bir iş adamının maliyyə dəstəyi ilə bu məsələ reallaşsın. Ancaq onun maraqları yox, ümumi türk dünyasının maraqları ifadə olunmaqla belə bir məsələ həyata keçirilə bilər", - Cəfərov qeyd edib.

Lakin Cəfərov hesab edir ki, daha uğurlu təcrübə türkdilli dövlətlərin parlamentlərinin özlərinin maliyyələşdirməsi ilə və yaxud onların təklifləri ilə hökumətlər tərəfindən maliyyələşdirmə ilə baş tuta bilər.

Xəbər lenti

Xəbər lenti