...

Azərbaycan ordusunun əsgəri hərbçi yoldaşını yaralayıb

Cəmiyyət Materials 18 Fevral 2012 18:34 (UTC +04:00)
Azərbaycan ordusunun əsgəri cəbhə bölgəsində xidməti silahı ilə hərbçi yoldaşını yaralayıb.
Azərbaycan ordusunun əsgəri hərbçi yoldaşını yaralayıb

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Azərbaycan ordusunun əsgəri cəbhə bölgəsində xidməti silahı ilə hərbçi yoldaşını yaralayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev şənbə günü Trend-ə bildirib ki, 1989-cu il təvəllüdlü Elnur Dadaşovun əlindəki xidməti silahdan təsadüfən açılan atəş nəticəsində güllə onun hərbçi yoldaşı, 1992-ci il təvəllüdlü Sakit Abdullayevin ayağına dəyib.

Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti