...

Bakıda "Eurovision" müsabiqəsi ilə eyni vaxtda mədəni tədbirlər də keçiriləcək

Cəmiyyət Materials 29 Fevral 2012 17:36 (UTC +04:00)
Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi müddət ərzində bır sıra mədəni tədbirlərin keçirilməsi də planlaşdırılır.
Bakıda "Eurovision" müsabiqəsi ilə eyni vaxtda mədəni tədbirlər də keçiriləcək

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi müddət ərzində bır sıra mədəni tədbirlərin keçirilməsi də planlaşdırılır.

Bunu çərşənbə günü Trend-ə Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Aydın Məmmədov deyib.

Onun sözlərinə görə, bu tədbirlər "Eurovision" müsabiqəsi ilə eyni vaxtda keçiriləcək.

"Müəyyən konsertlər, teatrlar və s. digər mədəni tədbirlər planlaşdırılır. Konkret deyə bilmərəm ki, hansı müğənnilər gələcək, hansı teatr olacaq. Bununla bağlı dəqiqləşdirmələr aparılacaq. Amma planda var ki, həmin müddət ərzində mahnı müsabiqəsindən başqa, digər məşğuliyyətlər də olsun", - Məmmədov əlavə edib.

O, mədəni tədbirlərin keçirilməsində əsas məqsədin "Eurovision 2012"-yə gələcək insanların daha səmərəli vaxt keçirməsinin olduğunu deyib.

Xatırladaq ki, Eurovision 2012-nin birinci yarımfinalı mayın 22-də, ikinci yarımfinalı mayın 24-də, finalı isə mayın 26-da olacaq.

Şou Dövlət Bayrağı Meydanı yaxınlığında tikilən "Bakı Kristal Zalı"nda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti