...

Ermənistan ordusunda əsgərlərin döyülməsi adi haldır - QHT

Cəmiyyət Materials 17 Mart 2012 11:16 (UTC +04:00)
Martın 14-də Ermənistan Silahlı Qüvvələrinın Yerevan qarnizonunun hərbi polisində rüsvayçı hadisə baş verib.
Ermənistan ordusunda əsgərlərin döyülməsi adi haldır - QHT

Azərbaycan, Bakı, 17 mart /Trend/

Martın 14-də Ermənistan Silahlı Qüvvələrinın Yerevan qarnizonunun hərbi polisində rüsvayçı hadisə baş verib. Bura hərbi hissələrin birindəki davada iştirak edən bir qrup əsgəri gətirərək amansızcasına döyüblər. Trend-in "Armenia Today"ə istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü "Gənclər təşəbbüsü "Biz susmayacağıq" QHT-nin bəyanatında deyilir.

QHT-nin məlumatına əsasən, əsgərlərin döyülməsində bilavasitə Yerevan qarnizonunun hərbi polisinin rəisi R.Nersisyan, cinayət axtarış şöbəsinin rəisi A.Vopanyan və istintaq şöbəsinin müstəntiqi A.Avakyan iştirak ediblər.

"Əsgərlərdən ən çox xəsarət (üz hissəsində) Sevandan olan Arsen adlı (soyadı açıqlanmır) əsgər alıb: onu susdurmaq üçün döydükdən sonra hərbi hissəyə geri qaytarıblar, orada məzuniyyətini rəsmiləşdirərək baş verən hadisə haqqında danışmamağı tələb etməklə evə göndəriblər", - "Gənclər təşəbbüsü"nün bəyanatında deyilir.

"Hərbi hissənin komandarının hərəkəti daha çox nifrət oyadır. O, hərbi polislə münasibətləri kəskinləşdirməmək üçün bu çirkli oyuna razlışıb, hərbi polislərdən döyülmüş əsgəri qəbul edərək onu evə göndərib. Məsələnin görünən tərəfi odur ki, Arseni bu insident haqqında işə yalnız şahid qismində cəlb etməyə çalışırlar" , - bəyanatın müəllifləri qeyd edirlər.

Bəyanatda deyilir ki, əsgərlərin döyülməsi Ermənistan ordusunda adi haldır. Üstəlik bu, xüsusən, separatçı Dağlıq Qarabağ ərazisində yerləşən hərbi hissələrdə geniş yayılıb.

"Bu, əsasən "himayədar"ı olmayan əsgərlərin xidmət etdiyi yerlərdə baş verir. Bu fakt zabit-xuliqanları ürəkləndirir. Əgər, hətta Baş Qərargahdakı yüksəkrütbəli hərbçilər nəyisə dəyişmək istəyirsə, lakin heç nə edə bilmirlərsə, onda qoy öz gücsüzlüklərini və vəziyyətə nəzarət edə bilmədiklərini etiraf etsinlər. Əgər Yerevanda belə hadisələr baş verirsə, görün, uzaq hərbi hissələrdə və hərbi polisin şöbələrində nələr olur", - bəyanatın müəllifləri vurğulayırlar.

Xəbər lenti

Xəbər lenti